LabInfoAZ ana dilində ilk klinik laboratoriya üzrə informasiya resursudur. Burada klinik laboratoriya ilə bağlı ən son xəbərlər, beynəlxalq səviyyəli tədbirlərin elanları, müxtəlif testlərin videoları və aparılma prosedurları, nəzəri məlumatlar, şəkillər....bir sözlə laboratoriya haqqında hər şey ana dilimizdə - LabInfoAZ -da...
Flow Cytometry və ya axın sitometriya - mikroskopik hissəciklərin (məs: hüceyrə, xromosom və s.) axın zamanı elektronik deteksiya yolu ilə sayılmasıdır. Tibbdə ən geniş tətbiq olunduğu sahə leykemiyaların diaqnozu və differensiasiyasıdır.1953-cü ildən etibarən "impedance" prinsipi ilə işləyən cell counter-lərin istifadəsinə başlansa da, fluoressent axın sitometrlərin əsası 1968-ci ildə qoyulur və 70-ci illərdə artıq Becton Dickinson və Beckman Coulter kimi istehsalçılar bu cür cihazları satışa çıxarır.
Müasir sitometrlər saniyədə bir neçə min hissəciyi müayinə edə bilir. Tibbi laboratoriyalarda tətbiq olunan sitometriyaya cihazla yanaşı, fluoressent - nişanlanmış antitel reagentləri də mütləqdir. Müxtəlif lazerlərdən və fluoressent detektorlardan təşkil olunan sitometr hədəf hüceyrə populyasiyasını spesifik fenotipik markerlərə əsasən müəyyənləşdirir. Hüceyrə xarici və ya hüceyrə daxili markerdən gələn fluoressent siqnala əsasən hüceyrəni deteksiya etdikdən sonra, sitometrlərin bəzi növləri hətta həmin hüceyrənin digital şəklini də çəkə bilir. Nəticələr histoqram və ya nöqtə diaqramı şəklində təsvir olunur.
Tibbin əsasən transplantasiya, hematologiya, immunologiya, kimyəvi terapiya, prenatal diaqnostika və genetika kimi sahələrində geniş istifadə olunur. Sitometr vasitəsilə aşağıdakı parametrlər təyin oluna bilər:
hüceyrələrin həcmi və morfoloji quruluşu
total DNT tərkibi (hüceyrə tsikli analizi, hüceyrə kinetikası, proliferasiyası, ploidlik, aneuploidlik, endoreduplikasiya və s.)
total RNT tərkibi
xromosom analizi və tipləşdirilməsi
protein ekspressiyası, modifikasiyası və lokalizasiyası
transgen məhsullar
hüceyrə səthi antigenlər (Cluster of differentiation (CD) markerlər)
hüceyrə daxili antigenlər (bəzi sitokinlər, ikincili mediatorlar, və s.)
nüvə antigenləri
enzimatik aktivlik
pH, hüceyrə daxili ionlaşmış Ca, Mg, membran potensialı
Bens Jones proteini monoklonal qlobulin zülalıdır. Sağlam insanların sidiyində olmur. Mielomalar 20% halda yalnız yüngül zəncirli İg G sintez edir.Yüngül olduğu üçün bu İg-lər qandan qısa zamanda sidiyə keçir, sidiyi 45-55 C qızdırdıqda çökür və mikroskopiya zamanı Bens Jones zülalı şəklində görünür. Bens Jones zülalı Mieloma, Valdenstryom sindromu, retikulyoz və limfadenozlar zamanı müşahidə olunan paraproteinemiyalar üçün xarakterikdir.
А.А.Кишкун "Руководство по лабораторным методам диагностики"2007, səh 114.
Beckman Coulterin ən son texnologiyalara uyğun istehsal etdiyi ultrasentrifuqaları
- Alman, Çin, Yapon və İspan daxil olmaqla 9 dil seçimi olan touchscreen displaylə təmin olunub;
- Laboratoriyanın istənilən nöqtəsindən görülə bilən kifayət qədər geniş ekranda hətta əlcəklə də sərbəst işləmək olur;
-Real-time monitoringlə siz sürət və temperaturu saniyə-saniyə izləyə bilərsiniz;
- Remote-control funksiyası ilə ultrasentrifuqanı kompyuter və ya hətta smartphone vasitəsilə lab xaricindən idarə edə bilərsiniz.
Optima X Series cihazları 2 seriyada istehsal olunur: bazal xüsusiyyətləri daşıyan XE və networking, təhlükəsizlik və s. kimi əlavə xüsusiyyətləri olan XPN.
Yeni SYSMEX XE 5000 qandan başqa digər bioloji mayelərdə (likvor-CSF, sinovial, sirroz) də hüceyrə sayımını həyata keçirir. Həmçinin standart göstəricilərdən əlavə bu cihazda "ilk dəfə" qeyri-yetkin trombosit fraksiyası (Immature Platelet Fraction (IPF%)), hemapoetik hüceyrələrin inkişaf sürəti - Hematopoietic Progenitor Cell (HPC) göstəriciləri təyin olunur. Bundan əlavə ənənəvi impedance metodla işləyən hem analizatorlarda trombosit sayımında xəta olma ehtimalı yüksəkdir; buna görə də SYSMEX XE 5000 trombositləri impedance metodla yanaşı, həm də fluoressent optiki metodla sayır. https://www.sysmex.com/us/en/Brochures/Brochure_XE-5000_MKT-10-1126.pdf